ÇL-də 1/8 finalın püşkü nə vaxt atılacaq?

ÇL-də 1/8 finalın püşkü nə vaxt atılacaq?
İDMAN
18:14 13.12.2018
5935

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkünün vaxtı müəyyənləşib.

AZXEBER.COM-un qurumun saytına istinadən yaydığı xəbərə görə, qrupdan çıxan 16 komanda dekabrın 17-i Bakı vaxtı ilə 15:00-da İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə rəqiblərini tanıyacaq. Püşk zamanı klublar qrup qalibləri və ikinci  yer sahibləri olmaqla iki səbətə bölüşdürüləcək. Bir qrupda oynamış və ya eyni milli assosiasiyanın komandaları bu mərhələdə qarşılaşa bilməyəcəklər.

Qrupların qalibləri: "Bavariya", "Barselona", "Borussiya" (Dortmund), "Mançester Siti", "Portu", PSJ, "Real", "Yuventus".

İkinci yerin sahibləri: "Atletiko", "Ayaks", "Liverpul", "Lion", "Mançester Yunayted", "Roma", "Tottenhem", "Şalke".

Qeyd edək ki, ÇL-in finalı gələn il iyunun 1-i Madriddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək.

OXŞAR XƏBƏRLƏR