ÇL finalı Bakıda keçirilə bilər - qərar martda açıqlanacaq

ÇL finalı Bakıda keçirilə bilər - qərar martda açıqlanacaq
İDMAN
09:43 14.03.2025
258
UEFA Çempionlar Liqasının 2026–27 mövsümünün finalının harada keçiriləcəyi yaxın vaxtlarda məlum olacaq.

AZXEBER.COM xəbər verir ki, həlledici matç üçün iki şəhər namizədliyini irəli sürüb - Bakı və Madrid.

Bakı Olimpiya Stadionu və Madridin Metropolitano Arenası UEFA tərəfindən qiymətləndirilir və yekun qərarın martın 19-da elan edilməsi gözlənilir.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu 2019-cu ildə UEFA Avropa Liqasının finalına ev sahibliyi edib. Həmin mövsüm UEFA Çempionlar Liqasının finalı isə Madridin Metropolitano Stadionunda baş tutub.
OXŞAR XƏBƏRLƏR