Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 2017-18 mövsümünün əsas mərhələsinə start veriləcək.
Azərbaycan futbol tarixində ilk dəfə bir komanda ilə bu yarışda təmsil olunacaq.
"Qarabağ"ın da aralarında olduğu qitənin ən güclü 32 klubunun ümumi dəyəri 9,3 milyard avro təşkil edir. Oyunçularının transfer qiymətinə əsasən ən dəyərli komanda Madrid "Real"ı hesab edilir. ÇL-in son qalibinin futbolçularının ümumi dəyəri 744 milyon avrodu. "Kral klubu"nu müvafiq olaraq İspaniyanın digər nəhəngi "Barselona" və İngiltərə çempionu "Çelsi" izləyirlər. "Barsa" 706,5 milyona bərabərdisə, bu gün "Qarabağ"ı qəbul edəcək "zadəganlar" 614,4 milyon dəyərindədi.
Azərbaycan çempionu "Qarabağ" sıralamada 31-ci pillədə qərarlaşır. Ağdam təmsilçisi yalnız Sloveniya "Maribor"unu qabaqlayır. Qurban Qurbanovun komandası 17,2 milyon avro dəyərində qiymətləndirilir.
ÇL iştirakçılarının bazar qiyməti:
Klub |
Ölkəsi |
Dəyəri (milyon avro) |
1. "Real" |
İspaniya |
744 |
2. "Barselona" |
İspaniya |
706,5 |
3. "Çelsi" |
İngiltərə |
614,4 |
4. "Mançester Siti" |
İngiltərə |
588,5 |
5. "Bavariya" |
Almaniya |
581,4 |
6. "Mançester Yunayted" |
İngiltərə |
565,7 |
7. "Yuventus" |
İtaliya |
538,6 |
8. PSJ |
Fransa |
521,3 |
9. "Atletiko" |
İspaniya |
511 |
10. "Tottenhem" |
İngiltərə |
492,2 |
11. "Liverpul" |
İngiltərə |
451,5 |
12. "Borussiya" (D.) |
Almaniya |
392 |
13. "Napoli" |
İtaliya |
347,4 |
14. "Roma" |
İtaliya |
322,9 |
15. "Monako" |
Fransa |
252,9 |
16. "Sevilya" |
İspaniya |
229,7 |
17. "Leyptsiq" |
Almaniya |
189 |
18. "Porto" |
Portuqaliya |
176,4 |
19. "Benfika" |
Portuqaliya |
168,7 |
20. "Sportinq" |
Portuqaliya |
158,8 |
21. "Beşiktaş" |
Türkiyə |
126,1 |
22. "Spartak" (M.) |
Rusiya |
105,5 |
23. "Şaxtyor" |
Ukrayna |
103,1 |
24. "Anderlext" |
Belçika |
99 |
25. "Feyenoord" |
Hollandiya |
96,8 |
26. MOİK |
Rusiya |
77,7 |
27. "Olimpiakos" |
Yunanıstan |
75,2 |
28. "Seltik" |
Şotlandiya |
57,8 |
29. "Bazel" |
İsveçrə |
48,3 |
30. APOEL |
Kipr |
18,5 |
31. "QARABAĞ" |
Azərbaycan |
17,2 |
32. "Maribor" |
Sloveniya |
13,9 |
Ən qiymətli qrup H qrupu hesab edilir. "Real", "Borussiya" (Dortmund), "Tottenhem" və APOEL-in yer aldığı qrup ümumilikdə 1 milyard 640 milyon avro səviyyəsindədi. "Qarabağ"ın "Çelsi", "Roma" və "Atletiko" ilə birlikdə yer aldığı C qrupu isə 1 milyard 460 milyon avro ilə ən dəyərli 3-cü qrupdu.
Qrupların bazar qiyməti:
A qrupu: "Bazel", "Mançester Yunayted", MOİK, "Benfika" (860,4 milyon avro)
B qrupu: "Seltik", "Bavariya", PSJ, "Anderlext" (1 milyard 250 milyon)
C qrupu: "Roma", "Çelsi", "Atletiko", "Qarabağ" (1 milyard 460 milyon)
D qrupu: "Barselona", "Yuventus", "Olimpiakos", "Sportinq" (1 milyard 470 milyon)
E qrupu: "Spartak", "Liverpul", "Maribor", "Sevilya" (800 milyon 600 min)
F qrupu: "Şaxtyor", "Feyenoord", "Mançester Siti", "Napoli" (1 milyard 130 milyon)
G qrupu: "Monako", "Beşiktaş", "Porto", "Leyptsiq" (744 milyon)
H qrupu: APOEL, "Borussiya", "Real", "Tottenhem" (1 milyard 640 milyon)
Çempionlar Liqasında mübarizə aparacaq 32 klubun oyunçuları arasında transfer qiyməti ən bahalı göstərilən futbolçu Lionel Messidi. "Barselona"nın lideri 120 milyon avro ilə "Qarabağ" da daxil olmaqla 11 iştirakçı komandanı təkbaşına üstələyir. Onu 100 milyon avroluq dəyərlə "Real"ın forvardı Kriştianu Ronaldo izləyir.
///Apasport