La Liqa klubu baş məşqçisini istefaya göndərib

İDMAN
19:01 04.10.2022
259
İspaniyanın "Elçe" klubu baş məşqçisi Fransisko Rodrigesi istefaya göndərib.

AZXZEBER.COM La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub uğursuz nəticələrə görə 44 yaşlı mütəxəssislə vidalaşıb.

Komanda çempionatda keçirdiyi son 5 qarşılaşmada məğlub olub.

Qeyd edək ki, "Elçe" La Liqada 7 turdan sonra 1 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.
OXŞAR XƏBƏRLƏR