La Liqa klubunun futbolçusu 10 gün məşqlərdən və oyunlardan kənarlaşdırılıb

La Liqa klubunun futbolçusu 10 gün məşqlərdən və oyunlardan kənarlaşdırılıb
İDMAN
19:16 03.09.2025
249
İspaniyanın "Malyorka" klubu futbolçusu Daniel Rodrigesi 10 gün məşqdən və matçlardan kənarlaşdırıb. 

Bu, 37 yaşlı yarımmüdafiəçinin sosial şəbəkələrdəki paylaşımından sonra baş verib. 

İspaniyalı oyunçu "Real"a səfərdə uduzduqları (1:2) La Liqa matçından sonra meydanda olmadığı üçün narazılığını bildirib. 

O, daha sonra baş məşqçini və klubun yeni futbolçularından birini hədəf alan başqa bir yazı dərc edib. "Malyorka" rəsmiləri isə məşqçini müdafiə edib və Rodrigesə intizam cəzası verilib.
OXŞAR XƏBƏRLƏR