La Liqa təmsilçisi "Çelsi"nin futbolçusunu transfer edib

La Liqa təmsilçisi "Çelsi"nin futbolçusunu transfer edib
İDMAN
19:33 22.08.2025
221
İspaniya La Liqası təmsilçisi "Vilyarreal" "Çelsi"nin (İngiltərə) müdafiəçisi Renatu Veyqanı transfer edib.

Bu barədə "sarı sualtı qayıqlar"ın mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı oyunçu ilə 2032-ci ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Renatu Veyqa ötən mövsümün ikinci yarısını icarə əsasında "Yuventus"un (İtaliya) heyətində keçirib. O, bütün yarışlarda 33 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.
 
report
OXŞAR XƏBƏRLƏR