La Liqada "El Klasiko"nun qalibi müəyyənləşib

La Liqada "El Klasiko"nun qalibi müəyyənləşib
İDMAN
21:36 26.10.2025
119
İspaniya çempionatının X turunda "Real Madrid" "Barselona" ilə qarşılaşıb.

AZXEBER.COM xəbər verir ki, matç "Santyaqo Bernabeu"da baş tutub.

Görüş "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Madrid təmsilçisinin heyətində Kilian Mbappe və Cud Bellinqem fərqləniblər. Kataloniya klubunun yeganə qolunu Fermin Lopez vurub.

Hazırda "Real Madrid" 27 xalla turnir cədvəlinə başçılıq edir, "Barselona" isə 22 xalla 2-ci sıradadır.
OXŞAR XƏBƏRLƏR