La Liqada ən yaxşı futbolçu AÇIQLANDI

La Liqada ən yaxşı futbolçu AÇIQLANDI
İDMAN
23:30 24.04.2025
351
İspaniya La Liqasında aprel ayının ən yaxşı futbolçusu açıqlanıb.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Ötən ayın ən yaxşısı adına "Barselona"nın yarımmüdafiəçisi Pedri layiq görülüb. 

Mükafat uğrunda mübarizədə o, Julian Alvares ("Atletiko"), Georgi Mamardaşvili ("Valensiya"), Xavyer Puado ("Espanyol") və Sergi Darderi ("Malyorka") geridə qoyub.

22 yaşlı futbolçu mart ayında 4 oyun keçirərək hər görüşdə ən yaxşılardan olsa da, fərqlənə bilməyib. 
OXŞAR XƏBƏRLƏR