La-Manş boğazında Britaniyaya keçməyə çalışan 43 miqrant xilas edilib

La-Manş boğazında Britaniyaya keçməyə çalışan 43 miqrant xilas edilib
DÜNYA
14:28 04.06.2022
312
Fransanın Müşahidə və Xilasetmə Xidməti La-Manş boğazı vasitəsilə Britaniyaya keçməyə çalışan 43 miqrantı xilas edib.

Xilas edilmiş şəxslər Bulon-sür-Mer limanına çatdırılıblar.

Məlumata görə, 2021-ci ildə üzmə vasitələri ilə La-Manşı keçməyə cəhd edən qanunsuz miqrantların sayı ikiqat artıb. Onların 28 min nəfərdən çoxu bu yolla İngiltərəyə çatmağı bacarıb.

Dəniz prefekturası məlumat verir ki, ticarət gəmilərinin ən gediş-gəlişli bölgələrindən biri olan, həmçinin ilin, təxminən, 120 günü əlverişsiz hava şəraitinin hakim olduğu La-Manş boğazı bu cür cəhdlər üçün təhlükəlidir
 
///Report
OXŞAR XƏBƏRLƏR