Laçında ağır yol qəzası: "Azərenerji"nin 2 əməkdaşı öldü

Laçında ağır yol qəzası: "Azərenerji"nin 2 əməkdaşı öldü
SOSİAL
10:03 19.09.2023
408
Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan AZXEBER.COM-a bildirilib ki, "Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR