Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşdü

Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşdü
SOSİAL
16:49 05.03.2022
784
Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.

Müdafiə Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal axtarış tədbirlərinə başlanılıb.

Axtarış-xilasetmə tədbirlərinin nəticələri barədə əlavə məlumat veriləcək
OXŞAR XƏBƏRLƏR