Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Cümşüd Məmmədov dəfn edilib.
Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Laçın şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Cümşüd Məmmədov 1962-ci ildə Laçın rayonunun Katos kəndində anadan olub. O, ailəli olub, lakin övladı olmayıb.
Cümşüd Məmmədov 18 may 1992-ci ildə Laçın rayonunun Zabux kəndində itkin düşüb. Uzun illər davam edən axtarış və araşdırmalar nəticəsində onun nəşinin qalıqları müəyyənləşdirilib.
///report.az///











































