Laçının gizli xəzinələri: Hansı təbii sərvətlərə sahibdir?

Laçının gizli xəzinələri: Hansı təbii sərvətlərə sahibdir?
SOSİAL
13:42 26.08.2026
105
Laçın Azərbaycanın təbii sərvətləri ilə zəngin rayonlarından biridir. Rayon dağlıq relyefi, mineral bulaqları, meşələri və müxtəlif faydalı qazıntı yataqları ilə seçilir.

AZXEBER.COM Laçının təbii sərvətlərini təqdim edir:

Mineral sular və bulaqlar

Laçında Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-Tiqiq, Nurəddin, Nağdalı və Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar var. Rayonda Minkənd mineral su yatağı da mövcuddur. Onun istismar ehtiyatları sutkada 430 min kubmetrdir. 

Faydalı qazıntılar

Laçında müxtəlif qeyri-filiz faydalı qazıntıları da var. Rəsmi məlumatlara görə, Laçın əhəngdaşı yatağının ehtiyatları 4 milyon 457 min ton, Qoçaz mərmərləşmiş əhəngdaşı yatağının ehtiyatları 2 milyon 533 min kubmetr, Ağoğlan və Əhmədli tuf yataqlarının ümumi ehtiyatları isə 5 milyon 125 min kubmetr təşkil edir. 

Bundan başqa, Novruzlu gil yatağının 998 min kubmetr, Quşçu pemza yatağının 2 milyon 144 min kubmetr, Yuxarı Həkəriçay qum-çınqıl qarışığının isə 15 milyon 794 min kubmetrdir. 

Rayonda həmçinin əqiq və jadeit kimi bəzək daşlarının, eləcə də vulkan külü ehtiyatlarının olduğu qeyd olunur. Rəsmi məlumatda üç vulkan külü yatağının ümumi ehtiyatı 10 milyon 449 min ton göstərilib. 

Meşə sərvətləri

Laçının təbii zənginliyi yalnız yeraltı sərvətlərlə məhdudlaşmır. Rayon nadir ağac növlərindən olan qırmızı dəmirağacın meşələri ilə də tanınır. Bu meşələr Laçının biomüxtəlifliyinin mühüm hissələrindən biridir. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR