"Lacoste" 92 il sonra loqosunu dəyişdi - FOTO

"Lacoste" 92 il sonra loqosunu dəyişdi - FOTO
MARAQLI
12:26 08.09.2025
319
Məşhur geyim brendi "Lacoste" 92 illik timsah loqosunu dəyişib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fransanın 92 yaşlı moda brendi bu xüsusi dəyişikliyi brendin çoxdankı əməkdaşı, tanınmış tennisçi Novak Cokoviçin şərəfinə edib.
 
Xüsusi hazırlanmış kolleksiyada timsah "bütün zamanların ən yaxşısı” ifadəsini simvolizə edən yeni keçi fiquru ilə əvəz edilib.
 
"Lacoste"nin baş direktoru Thierry Guibert, "Novak Cokovic səkkiz ildən artıqdır ki, Lacoste ailəsinin bir hissəsidir. Bu müddət ərzində o, 12 Böyük Dəbilqə titulları və meydandan kənarda təmsil etdiyi dəyərlərlə brendimizə əhəmiyyətli töhfə verib. Biz onun nailiyyətlərini bu xüsusi loqo ilə qeyd etmək istədik" deyə qeyd edib.
 
Xatırladaq ki,idman dünyasında "Bütün zamanların ən yaxşısı" adı uzun müddətdir Maykl Cordan, Tiger Vuds və Pele kimi adlarla verilsə də, bu gün bu termin tennis tarixində iz qoymuş Cokoviçə şamil olunur. 
 
Aysel

 



OXŞAR XƏBƏRLƏR