QHT Agentliyi bu gün Şuşada "Şuşa ili”nə həsr edirlmiş qrant müsabiqəsinin qaliblərini elan edib.
Müsabiqədə 227 iddiaçıdan 22-si qalib gəlib. Qalan 205 QHT-nin layihəsi keçməyib.
Qeyd edək ki, qrant müsabiqəsinin qalibləri sırasında tanınmış teleaparıcı Lalə Azərtaşın sədri olduğu təşkilat da var.
Onun rəhbəri olduğu "Cəmiyyətin və Medianın İnkişafı" İctimai Birliyi "Şuşanı tanıyaq və tanıdaq" layihəsi ilə qalib olub.
Lalə Azərtaşın təşkilatına 25260 manat ayrılıb.
AZXEBER.COM qaliblərin siyahısını təqdim edir: