Lalə Şövkət bu gün əməliyyat olunur

Lalə Şövkət bu gün əməliyyat olunur
SOSİAL
10:17 22.08.2020
1117
Azərbaycan Liberal Partiyasının (ALP) lideri, professor Lalə Şövkət bu gün əməliyyat olunacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə partiyanın sədri Əvəz Temirxan bildirib.

"Bu gün saat 10-dan Bakı xəstəxanalarından birində Azərbaycan Liberal Partiyasının və Milli Birlik Hərəkatının lideri Lalə Şövkətin üzərində ciddi cərrahiyyə əməliyyatı keçiriləcək", - o əlavə edib.

Qeyd edək ki, bir neçə gün öncə L.Şövkətin səhhətində ciddi problemlər yaranıb.
OXŞAR XƏBƏRLƏR