Lalə Şövkət nə işlə məşğuldur?

SİYASƏT
12:33 11.07.2019
4091

Keçmiş dövlət katibi, Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyeva uzun müddətdir ki, ictimaiyyət arasında görünmür. Onun sabiq prezident Ayaz Mütəllibovun xanımının dəfn mərasimində iştirak etməməsi də nəzərdən qaçmadı. Lalə xanımın xeyli zamandır ki, mediadan uzaq olmasının əsas səbəbi nədir? Qarşıda  nə kimi planları var?  Olmaya xanım siyasətçi siyasi karyerasını bitirib?

AZXEBER.COM xəbər verir ki, bu barədə Modern.az-a Lalə Şövkətin yaxın silahdaşı, ALP sədri  Əvəz Temirxan danışıb.

Əvəz Temirxan bildirib ki, Lalə Şövkətin siyasi taktikası mətbuatsız işləməkdir və hazırda onun böyük  planı var.

 

"Mətbuata böyük hörməti olsa da, o media ilə işləmir. Lalə Şövkət başda olmaqla Liberal Partiyada tarixdə görünməmiş böyük bir siyasi barışıq planı hazırlanıb. Bunun həyata keçməsi üçün ilk növbədə iqtidarın xoş məramı lazımdır. Bu isə çox təssüf olsun ki, Azərbaycanda yoxdur.

Həqiqətən də Lalə Şövkət bütün Azərbaycanı barışdırmaq, birləşdirmək barədə böyük plan hazırlayıb. Lakin iqtidarın içərisində bəzi qüvvələr var ki, bu planın baş tutmasını istəmir.

Onu da qeyd edim ki, bu plan Azərbaycanı öz miqyasına görə dünyada birinci ölkə edə bilər. Lalə xanımda bu fikir siyasətə gələndən var. Hətta dövlət katibiykən 1993-cü ildə yenicə ölkə rəhbəri seçilmiş Heydər Əliyevə təklif etmişdi ki, onun prezident kimi andiçmə mərasimində Ayaz Mütəllibovla Elçibəy də iştirak etsin. Bununla o istəyirdi ki, Heydər Əliyevlə onların hər biri eyni sırada otursun və bütünlüklə hamı görsün ki, Azərbaycan xalqı birdir. Lakin təssüf ki, o zaman bu niyyətini gerçəkləşdirə bilmədi”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:08 07.08.2020

Hikmət Hacıyevin müsahibəsi bir sıra ölkələrin qəzet və xəbər saytlarında dərc edilib - FOTO

23:43 06.08.2020

Rusiyada koronavirus preparatı patentləşdirildi

23:09 06.08.2020

Türkiyədə son sutkada koronavirusdan 14 nəfər ölüb

22:40 06.08.2020

Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-nin virtual əməkdaşlıq şəbəkəsi qurulacaq

22:23 06.08.2020

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

22:00 06.08.2020

“Kapitan Nağdəliyev” gəmisinin mexaniki: “Palmali” bir ilə yaxındır ki maaşımızı ödəmir

21:54 06.08.2020

Fransada silahlı şəxs bir neçə nəfəri girov götürüb

21:23 06.08.2020

Ermənistana məxsus daha bir PUA məhv edildi

20:35 06.08.2020

Ceyhun Bayramov Aİ rəsmisini Ermənistanın təxribatı barədə məlumatlandırıb

20:15 06.08.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlanıb

20:01 06.08.2020

Polislər Buzovnada və Dənizkənarı Milli Parkda üç nəfəri boğulmaqdan xilas etdilər - FOTO

19:41 06.08.2020

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

19:14 06.08.2020

“Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır”

19:07 06.08.2020

Bakının bəzi küçə və prospektlərində tıxac var - FOTO

18:55 06.08.2020

Almaniya və Fransada rekord göstərici

18:37 06.08.2020

Daha bir kafenin sahibi və müştəriləri cərimələndi - FOTO

X Mostbet