Lamin Yamal sosial şəbəkələrdən uzaqlaşıb

Lamin Yamal sosial şəbəkələrdən uzaqlaşıb
İDMAN
01:35 06.02.2026
687
"Barselona" futbol klubunun vingeri Lamin Yamal sosial şəbəkələrə yanaşmasını dəyişmək üçün mütəxəssislər işə götürüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Xose Alvares "El Chiringuito TV"nin efirində məlumat verib.

"Onun ətrafında peşəkar dəyişikliklər baş verib. Yeni mütəxəssislər gəlib və ona bəzi aspektlərdə kömək ediblər. Məsələn, onlar futbolçunun sosial şəbəkələrinə yanaşmasını dəyişiblər. Lamin daha az paylaşım etməyə başlayıb, paylaşım etdikdə isə bu, yalnız futbol və "Barselona" haqqında olur. Onlar Yamala sosial şəbəkələrin nə olduğunu anlamağa kömək ediblər. O, diqqətini futbola cəmləyib və sosial şəbəkələrdən bir qədər uzaqlaşıb", - deyə Alvares vurğulayıb.
OXŞAR XƏBƏRLƏR