Lamiyyə Ələkbərqızına ATV-də vəzifə verildi

Lamiyyə Ələkbərqızına ATV-də vəzifə verildi
MAQAZİN
16:10 06.10.2017
5720
Tanınmış teleaparıcı Lamiyyə Ələkbərqızına Azad Azərbaycan telekanalında vəzifə verilib.
 
AZXEBER.COM xəbər verir ki, Primetime.az-ın əldə etdiyi məlumata görə, teleaparıcı kanalın yaradıcılıq üzrə rəhbəri təyin olunub. O, ATV-dəki vəzifəsinin icrasına bu gündən başlayacaq.
 
Qeyd edək ki, 11 il AzTV, 11 il isə Lider TV-də çalışan Lamiyyə Ələkbərqızı bir müddət öncə İctimai Tv-nin musiqi-əyləncə və xüsusi layihələr departamentinin rəhbəri vəzifəsinə təyin edilmişdi. Məlumat üçün bildirək ki, ötən ay ATV-də rəhbərliyin dəyişilməsindən sonra vitse-prezident vəzifəsini icra edən, telekanalın eks-prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov da işdən çıxarılmışdı. Xəbəri təsdiq etmək üçün Lamiyyə xanımla əlaqə saxlasaq da o, məlum nömrələrinə cavab vermədi.


OXŞAR XƏBƏRLƏR