Lamiyyə Ələkbərqızı və AzTV-nin yeni layihəsi: “Retro Bakı” - VİDEO

Lamiyyə Ələkbərqızı və AzTV-nin yeni layihəsi:  “Retro Bakı” - VİDEO
MAQAZİN
17:31 15.06.2020
1343
Tanınmış teleaparıcı Lamiyyə Ələkbərqızı öz yeni layihəsini izləyicilərinə təqdim edib. 

AZXEBER.COM xəbər verir ki, söhbət tanınmış müğənni Nuri Sərinləndiricinin Azərbaycan televiziya və radiosunun Gülarə Əliyeva adına "Dan Ulduzu” instrumental ansamblı ilə olan "Retro Bakı” layihəsindən gedir. 

Klassik bəstəkarların mahnılarını səsləndirən N.Sərinləndirici yeni nəfəs, yeni imic gətirib ifalara. 

Layihə rəhbəri L.Ələkbərqızı saytımıza açıqlamasında deyib:
"Təşəkkürüm ilk öncə bu gün doğum gününü qeyd edən Azərbaycan televiziyasının sədri Rövşən müəllim Məmmədovadır. Onun dəstəyi ilə bu layihə işıq üzü gördü. Ansanblın bədii rəhbəri, əməkdar artist Tariyel Abbasov sag olsun hər bir nüansı ilə maraqlandı, tələb etdi. Hər bir musiqiçi əfsanədir "Dan Ulduzu” ansanblında. Sənətkarlardan ibarət ansanbl ilə çalışmaq zövqdür. 

Nurinin klassik mahnıları çox sevir və çox gözəl ifa edir. Şərhi izləyicilərə buraxıram. İnanıram ki, hər kəs bəyənəcək və tezliklə Mədəniyyət kanalında yayımlanacağı tarixi gözləyəcəklər”.

İzləyicilərimiz üçün karantin rejimindən öncə çəkilən həmin kadrlardan birini təqdim edirik:

OXŞAR XƏBƏRLƏR