“Land Rover”in sürücüsü piyadanı vurub öldürdü - VİDEO

SOSİAL
10:33 04.06.2022
388
Bakıda 31 yaşlı oğlanı avtomobil vurub.

AZXEBER.COM-un oxu.az-a istinadla məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, Elçin Əli oğlu Rüstəmovun idarə etdiyi "Land Rover” markalı, 90-ON-204 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman yolu keçən piyada - 1991-ci il təvəllüdlü Nazim Fuad oğlu Nağıyevi vurub.

Həmin şəxs müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR