"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"

"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"
SİYASƏT
11:38 13.10.2026
122
Azərbaycan və Laosun hakim partiyaları da sıx əməkdaşlıq edir.

Bunu Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə birgə mətbuata bəyanatlarında deyib.

Dövlət başçısı bildirib ki, siyasi sahədə əməkdaşlıqlar uğurla inkişaf edir: "Biz eyni mənzərəni iqtisadi sahədə də görmək istərdik. İqtisadi sahədə ticarət dövriyyəsi bizim potensialımızı əks etdirmir. Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz bu layihələrə baxa bilərik. Azərbaycanın xaricə investisiya qoyuluşu ildən-ilə genişlənir. Milyonlarla dollar həcmində olan sərmayələr qarşı tərəf üçün də fayda verir, yeni iş yerləri yaradılır”.
OXŞAR XƏBƏRLƏR