Laporta Bellinqhemi simulyasiyada ittiham edib

Laporta Bellinqhemi simulyasiyada ittiham edib
DÜNYA
19:13 24.01.2024
153
"Barselona"nın prezidenti Joan Laporta "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqhemi Madrid komandası ilə "Almeriya" matçında simulyasiya etməkdə ittiham edib.

Bu barədə "Mundo Deportivo" nəşri yazır.

"Futbol oynayanlara işarə edən bir təfərrüat var: Bellinqhem meydançada yıxılan zaman hakimə nəzər salır, sanki: "Görək onu aldatmışam, ya yox", - deyir. Və sonra oyun davam edir. Qaydalara uyğun olaraq vurulan bir qol gəlir".

Xatırladaq ki, "Real" İspaniya çempionatının XXI turunun matçında "Almeriya"ya 3:2 hesabı ilə qalib gəlib.

OXŞAR XƏBƏRLƏR