"Lapşin naqis, xaraktersiz və şəxsiyyətsiz bir şəxsdir"

"Lapşin naqis, xaraktersiz və şəxsiyyətsiz bir şəxsdir"
SİYASƏT
16:34 18.09.2017
1499

Elçin Mirzəbəyli: "Lapşin bizim qanunlarımız qarşısında acizlik, əfv olunduqdan sonra isə şeytan xislətini ortaya qoyub"

İşğal altındakı Dağlıq Qarabağ ərazilərimizə qanunsuz səfər etdiyinə görə Azərbaycan qanunları əsasında həbs edilən, lakin sonradan Prezident İlham Əliyevin tövsiyəsi ilə azadlığa buraxılan bloger Aleksanr Lapşin əfv olunduqdan dərhal sonra yenidən ölkəmiz və xalqımız əleyhinə fikirlər səsləndirib. SİA-nın məlumatına görə, Lapşin "fecebook" səhifəsində aşkar ermənisayaq həyasızlığa yol verərək, Qarabağ torpaqlarının guya Azərbaycana məxsus olmadığını yazıb, o cümlədən iddia edib ki, guya Azərbaycan xalqı onun bu əraziləri ölkənin tərkib hissəsi kimi tanıması üçün "qarşısında diz çöküb". O cümlədən, dövlətimizə, millətimizə qarşı ironik yanaşmalar edən ermənipərəst bloger ölkə rəhbərliyimizin humanist davranışı qarşısında əsl sifətini göstərib.

"Azərbaycan hakimiyyəti öz humanist simasını və dövlətlərarası münasibətlərə, hüquqi amillərə nə qədər sayğıyla yanaşdığını məhz Lapşini azad etməsi ilə nümayiş etdirdi"

Məsələ ilə bağlı SİA.AZ-a açıqlama verən politoloq Elçin Mirzəbəyli A.Lapşinin sözügedən qeyri-insani davranışına münasibətini açıqlayaraq bildirib ki, əslində, Azərbaycan hakimiyyəti öz humanist simasını və dövlətlərarası münasibətlərə, hüquqi amillərə nə qədər sayğıyla yanaşdığını məhz Lapşini azad etməsi ilə nümayiş etdirdi. SİTAT: "Lapşinə gəldikdə isə, bəlli idi ki, o daha öncədən Ermənistan hökuməti və xüsusi xidmət orqanlarının adamı olub və mövcud davranışı ilə bir daha bunu açıq şəkildə etiraf etdi".

"Lapşin naqis, xaraktersiz və şəxsiyyətsiz bir şəxsdir"

Politoloqa görə, A.Lapşin simasızın ən aşkar nümunəsidir: "İnsani davranışa gəldikdə isə Lapşinin Bakıda bir, azad olunduqdan sonra isə fərqli bəyanatlar səsləndirməsi əxlaqsızlığın və simasızlığın ən böyük və ən bariz nümunəsidir. Əslində onun bu davranışları naqis bir şəxs olduğunu göstərir. Sözün doğrusu, Lapşinin bundan öncə də, yəni həbs olunaraq Azərbaycana gətirilməmişdən qabaq açıqlamaları və yazıları ilə tanış olanda bu insanın nə qədər xaraktersiz, nə qədər şəxsiyyətsiz biri olduğunu təsbit etmişdik".

"Düşməndən isə fərqli mövqe gözləməyə dəyməz"

"Təbii ki, Azərbaycan hökumətinin, eləcə də dövlət başçısının müvafiq qurumlara, məhkəmə orqanlarına verdiyi tövsiyələri bilavasitə Lapşinə görə deyildi, atılan addım Azərbaycan dövlətinin qanunvericiliyində olan humaniszmin dünyaya nümayişi idi"-deyə qeyd edən Elçin Mirzəbəyli əlavə edib ki, yalnız Lapşin deyil, digər insanlar da cənab Prezidentin tövsiyəsinə əsasən əvf olundular: "Ona görə də hesab edirəm ki, Lapşin bizim qanunlarımız qarşısında acizlik, əfv olunduqdan sonra isə şeytan xislətini ortaya qoyub. Ona görə də onun bu davranışlarından təəccüb də keçirmirəm. Çünki Lapşinin davranışları aşkar düşmən davranışlarıdır, o düşmən cəbhədədir və bu cəbhədə kimlər varsa, bilavasitə Azərbaycan xalqının düşmənidir. Düşməndən isə fərqli mövqe gözləməyə dəyməz".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran dronları Kaliforniyanı vurmaq istəyib? - İrandan RƏSMİ AÇIQLAMA
15:09 16.03.2026
İran dronları Kaliforniyanı vurmaq istəyib? - İrandan RƏSMİ AÇIQLAMA
“Azərişıq” və “Azəriqaz”ın abonent kartlarına yüklənən vəsaitdən əlavə pul çıxılır? - AÇIQLAMA
15:05 16.03.2026
“Azərişıq” və “Azəriqaz”ın abonent kartlarına yüklənən vəsaitdən əlavə pul çıxılır? - AÇIQLAMA
Əkiz doğan 53 yaşlı qadının ölümünün ilkin SƏBƏBLƏRİ
15:01 16.03.2026
Əkiz doğan 53 yaşlı qadının ölümünün ilkin SƏBƏBLƏRİ
Kaya Kallasdan Hörmüz boğazı ilə bağlı vacib - AÇIQLAMA
15:01 16.03.2026
Kaya Kallasdan Hörmüz boğazı ilə bağlı vacib - AÇIQLAMA
BƏƏ neft yükləmə əməliyyatlarını dayandırdı
14:58 16.03.2026
BƏƏ neft yükləmə əməliyyatlarını dayandırdı
Hisslərini ən güclü şəkildə ifadə edən 5 BÜRC
14:47 16.03.2026
Hisslərini ən güclü şəkildə ifadə edən 5 BÜRC
Əraqçi: ABŞ və İsrailə atəşkəs üçün müraciət olunmayıb
14:45 16.03.2026
Əraqçi: ABŞ və İsrailə atəşkəs üçün müraciət olunmayıb
“Böyük tənəffüs”: məktəblilər üçün yeni idman yarışı televiziya layihəsi başlayıb
14:40 16.03.2026
“Böyük tənəffüs”: məktəblilər üçün yeni idman yarışı televiziya layihəsi başlayıb
Gizli münasibətlərdə evlilik nisbəti daha yüksəkdir - ARAŞDIRMA
14:35 16.03.2026
Gizli münasibətlərdə evlilik nisbəti daha yüksəkdir - ARAŞDIRMA
Xəzər dənizində daha bir zəlzələ oldu
14:33 16.03.2026
Xəzər dənizində daha bir zəlzələ oldu
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirildi - FOTOLAR
14:29 16.03.2026
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirildi - FOTOLAR
İsrail quru əməliyyatlarına başladı - Yaxın Şərqi daha da çətin günlər gözləyir
14:09 16.03.2026
İsrail quru əməliyyatlarına başladı - Yaxın Şərqi daha da çətin günlər gözləyir
SOCAR "Palmali" Qrupunun qaldırdığı iddialarla bağlı arbitraj prosesində qalib gəldi
14:09 16.03.2026
SOCAR "Palmali" Qrupunun qaldırdığı iddialarla bağlı arbitraj prosesində qalib gəldi
“Aşkın yapay provası” Azərbaycan səhnəsində nümayiş olunacaq - FOTOLAR
14:04 16.03.2026
“Aşkın yapay provası” Azərbaycan səhnəsində nümayiş olunacaq - FOTOLAR
ABŞ Xark adasına quru qoşunlarını cəlb edə bilər
14:03 16.03.2026
ABŞ Xark adasına quru qoşunlarını cəlb edə bilər
Orhan Gencebay xəstəxanaya yerləşdirildi
14:02 16.03.2026
Orhan Gencebay xəstəxanaya yerləşdirildi