Laricani müsəlman ölkələrinə müraciət etdi

Laricani müsəlman ölkələrinə müraciət etdi
DÜNYA
21:10 16.03.2026
102
İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani müsəlman ölkələrinə müraciət edib.

O, İranın ABŞ və İsrailə qarşı mübarizəsində hələ də "sarsılmaz" qaldığını vurğulayıb.

Laricani müsəlmanların əksəriyyətini təşkil edən bir çox dövlətin ölkəyə hücumlar zamanı İranı dəstəkləməməsindən məyus olduğunu bildirib. 

O qeyd edib ki, "Bəzi dövlətlər daha da irəli gedərək, sadəcə öz torpaqlarında Amerika bazalarına və Amerika-İsrail maraqlarına hücum etdiyinə görə İranı düşmən elan ediblər."

"Bugünkü qarşıdurma əsasən bir tərəfdə Amerika və İsrail, digər tərəfdə isə müsəlman İranı və müqavimət qüvvələri arasındadır. Siz kimin tərəfindəsiniz?", - deyə Laricani bildirib. 

O, müsəlman birliyinə çağırışını təkrarlayıb və vurğulayıb ki, İran regionda hegemonluq axtarmır:

"Siz çox yaxşı bilirsiniz ki, Amerika etibarsızdır və İsrail həqiqətən sizin düşməninizdir. Bir anlıq dayanın və özünüz və bölgənin gələcəyi haqqında düşünün. İran sizə məsləhət verir və sizə hakim olmağa çalışmır. İslam ümmətinin birliyi, tam şəkildə əldə edilərsə, bütün ölkələrinin təhlükəsizliyini, tərəqqisini və müstəqilliyini təmin etməyə qadirdir".
OXŞAR XƏBƏRLƏR