Laricanini görün kim əvəz edəcək - FOTO

Laricanini görün kim əvəz edəcək - FOTO
DÜNYA
10:50 18.03.2026
168
İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsindən sonra bu posta əsas namizədin adı açıqlanıb.

Xarici KİV-lərin məlumatına görə, strateji vəzifəni hökumətdəki "sərt xətt" tərəfdarlarının nümayəndəsi, hazırda Məsləhət Şurasının üzvü olan Səid Cəlili tuta bilər.

Səid Cəlili yad sima deyil. O, 2007–2013-cü illərdə artıq bu vəzifədə çalışıb. Həmin dövrdə Cəlili həm də İranın nüvə proqramı üzrə əsas danışıqlar üzrə nümayəndəsi statusunu daşıyıb. Ekspertlər onun mümkün təyinatını Tehranın xarici siyasətdə daha radikal mövqe sərgiləyəcəyinin göstəricisi kimi qiymətləndirirlər.

Bu gəlişmələr fonunda İranın xarici işlər naziri Abbas Araqçi Laricani sui-qəsdinin dövlət idarəçiliyinə təsirini şərh edib. Nazir bildirib ki, baş verənlər İslam Respublikasında "hakimiyyətin dayanıqlığına təsir göstərməyəcək".

Araqçinin sözlərinə görə, ABŞ və İsrail İranın güclü siyasi struktura malik olduğunu hələ də dərk etməyiblər. O vurğulayıb ki, hazırkı vəziyyətdə həlledici faktor ayrı-ayrı şəxslər deyil, sistemin özünün möhkəmliyidir.
 
\musavat.com
 

 


OXŞAR XƏBƏRLƏR