"Laser Beauty" estetik klinikasının baş həkimindən ittihamlara cavab: "Ağladım, şiddət kimi qələmə verdilər"

"Laser Beauty" estetik klinikasının baş həkimindən ittihamlara cavab: "Ağladım, şiddət kimi qələmə verdilər"
SOSİAL
17:26 24.01.2025
314
"Klinikamız səkkiz ildir fəaliyyət göstərir. Hər il də yoxlama keçirilir. Bu dəfə də yoxlama keçirilib, amma iddia olunan nöqsanlar absurddur”.

AZXEBER.COM xəbər verir ki, bunu oxu.az-a açıqlamasında "Laser Beauty Estetik Klinikası” MMC-yə məxsus özəl tibb müəssisəsinin baş həkimi Rəna Soltanova deyib.

"Bildirirlər ki, soyuducunun dərəcəsini yarım saatdan bir ölçməliyik. Əgər mən həmin soyuducuda buz saxlayıb prosedurdan sonra dodağa qoyuramsa, o soyuducunun dərəcəsini niyə ölçüm? Biz burada kosmetoloji prosedurlar həyata keçiririk. Klinikada təmizliyə, səliqəyə fikir veririk, çalışırıq ki, buraya gələn xanımlar razı qalsınlar. Hər otaqda soyuducu var. Preparatları dolablarda saxlayırıq, çünki soyuducuda dona bilər. Digər səbəb isə əvvəlki stomatoloqun burada qalan əşyaları ilə bağlı olub. Stomatoloji otaqda cərrahi prosedur həyata keçirilməyib. Sadəcə, stomatoloqun müəyyən əşyaları burada qalıb. Burada ümumiyyətlə cərrahiyyə yoxdur. Mən həm də yazaram, bir otağımda 500-ə yaxın kitab var. İndi bu o deməkdir ki, həmin otaq kitabxanadır?”

Rəna Soltanova deyib ki, klinikada lazer epilyasiyası ustalarının və SMM işlərini həyata keçirən işçilərin tibb bacısı olmamaları da onlara nöqsan kimi bildirilib:

"Mən onlardan soruşuram ki, lazer epilyasiyası üçün hara gedirsiniz? Deyirlər, gözəllik salonlarına. Onlardan soruşdum ki, bəs deyirsiniz, gözəllik salonlarında lazer epilyasiyası etdirmək olmaz. Bəs niyə onları yoxlamırsınız? Mənə cavab verdilər ki, onların lisenziyası yoxdur deyə yoxlama apara bilmirlər. Mən də bildirdim ki, bizim lisenziyamız var deyə yoxlama aparılır və belə xırda nöqsanlar tutulur, amma onların lisenziyası yoxdur deyə heç yoxlama da apara bilmirsiniz. Sonda mənə deyiləndə ki sizin "Instagram” üçün video çəkən işçiniz də tibb bacısı olmalıdır, bu məqamda mən donub qaldım. Qanun qarşısında nə deyə bilərəm ki?! Amma mən əminəm ki, bu, belə qalmaz”.

Yoxlama zamanı nazirlik əməkdaşlarına müqavimət göstərilməsi ilə bağlı məqama gəlincə isə Rəna Soltanova bunu da təkzib edib:

"Yoxlama zamanı göstərilən nöqsanlar absurd idi. Bizə lisenziyanı Analitik Ekspertiza Mərkəzi verib. Buna görə yoxlama zamanı səslənən nöqsanlara, sadəcə, emosional reaksiya vermişəm. Onlarla ağlaya-ağlaya danışmışam. Bunu şiddət kimi qələmə veriblər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”