Latın Amerikasının ən böyük limanı Pelenin adını daşıyacaq

Latın Amerikasının ən böyük limanı Pelenin adını daşıyacaq
DÜNYA
10:20 31.12.2022
278

Braziliyanın Santos şəhərində yerləşən Latın Amerikasının ən böyük limanı dekabrın 29-da dünyasını dəyişən üçqat futbol çempionu Pelenin şərəfinə adlandırılacaq.

AZXEBER.COM xəbər verir ki,bu barədə "Folha de S.Paulo" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, təşəbbüsün müəllifi şəhərin keçmiş meri, hazırda isə federal parlamentin üzvü Paulo Aleksandr Barbosa olub.

Qeyd edək ki, futbol əfsanəsi dekabrın 29-da düz bağırsağın xərçəngi fonunda səhhətinin pisləşməsi səbəbindən bir ay əvvəl qəbul edildiyi San-Pauludakı özəl klinikalardan birində vəfat edib. Onun ölümü ilə əlaqədar Braziliyada üç günlük matəm elan edilib.

OXŞAR XƏBƏRLƏR