'Latsio' 'Fənərbaxça' ilə oyuna itkilərlə çıxacaq

İDMAN
17:02 11.04.2013
1143

“Latsio” Avropa Liqasının 1/4 finalının “Fənərbaxça” ilə cavab oyununa ciddi itkilərlə çıxacaq.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, zədə səbəbindən ilk matçda iştirak edə bilməyən Miraslov Kloze eyni səbəbdən cavab oyununda da forma geyə bilməyəcək. Bundan başqa cəzalı olduğuna görə, Odjeni Onazi və Stefano Mauri də İtaliyadakı matçı buraxmalı olacaqlar.Lorik Kanaya isə yorğunluğu səbəbindən istirahət veriləcəyi gözlənilir. Əvəzində klubun önəmli futbolçularından olan Cüzeppe Biavanın start heyətdə yer alacağı bildirilir.

OXŞAR XƏBƏRLƏR