Latviya Belarusla sərhəd keçid məntəqəsində işini dayandırıb

Latviya Belarusla sərhəd keçid məntəqəsində işini dayandırıb
DÜNYA
19:41 16.03.2025
157
Latviya gömrükçüləri Bakı vaxtı ilə saat 15:00-dan etibarən "Qriqorovşina” keçid məntəqəsində nəqliyyat vasitələrinin hərəkətini dayandırıb.

Bu barədə Belarus Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd olunur ki, həm Belarusa daxil olan, həm də ölkədən çıxan yük və sərnişin avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Əraziyə xüsusi maneə sədləri qoyulub.

"Hazırda bu istiqamətdə avtomobillərin növbəsi yoxdur. Lakin mövcud vəziyyət əks mənzərə yarada bilər", - Dövlət Gömrük Komitəsindən bildirilib.
 
///Report
OXŞAR XƏBƏRLƏR