Latviya dronların ilk partiyasını Ukraynaya göndərəcək

Latviya dronların ilk partiyasını Ukraynaya göndərəcək
DÜNYA
19:19 04.04.2024
141
Latviya yaxın vaxtlarda Ukraynaya 1 milyon avro dəyərində yerli istehsal olan dronların ilk partiyasını göndərməyi planlaşdırır.

Bunu Latviyanın Baş naziri Evika Silina ukraynalı həmkarı Denis Şmıqalla keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Latviyanın istehsal etdiyi dronlar sınaqdan keçirilib: "Ukraynalı həmkarlarımız onların döyüşdə effektiv olduğunu etiraf ediblər”.

Onun sözlərinə görə, ümumilikdə, 2024-cü ildə Latviya Ukraynaya dronların tədarükü üçün 9 milyon avro ayırmağı planlaşdırıb.
OXŞAR XƏBƏRLƏR