Latviyada təyyarə qəzaya uğrayıb, ölən və xəsarət alan var

Latviyada təyyarə qəzaya uğrayıb, ölən və xəsarət alan var
DÜNYA
19:56 08.08.2021
1019
Latviyada özəl təyyarənin qəzaya uğraması nəticəsində pilot həlak olub, sərnişin isə müxtəlif xəsarətlər alıb.

Bu barədə ölkənin Dövlət Polisi bildirib.

"Bu gün saat 13:30 radələrində Dövlət Polisi Sessisk əyalətində, Priekulsk aerodromunda təyyarənin qəzaya uğraması barədə informasiya alıb. Hadisə yerində Dölət Polisi işləyir və qəzanın başvermə şəraitini müəyyənləşdirir.

Qəza nəticəsində təyyarənin sərnişini zərər çəkib, o tibb müəssisəsinə çatdırılıb, amma pilot həlak olub”, - Dövlət Polisinin tvitterdəki xəbərində deyilir.
 
///Report
OXŞAR XƏBƏRLƏR