Lavrov: "3+3" formatı bütün üzvlərin maraqlarına xidmət edir

SİYASƏT
15:38 19.02.2025
215
Regional əməkdaşlığın "3+3" formatı şübhəsiz ki, bütün iştirakçı ölkələrin - Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə və Gürcüstanın maraqlarına xidmət edir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında "parlament saatı"nda bildirib.

"Əvvəldən hamı razılaşdı ki, bizdə format məhz "3+3"dür və biz Gürcüstanın mövqeyini, şübhəsini başa düşürük. Lakin gürcü nümayəndələri üçün iclas zalında həmişə yer olacaq", - o qeyd edib.
OXŞAR XƏBƏRLƏR