Lavrov Bakıya niyə gəlir? - Politoloq şərh etdi

Lavrov Bakıya niyə gəlir? - Politoloq şərh etdi
SİYASƏT
10:32 04.05.2021
864
Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri gözlənilir. 

Politoloq İlyas Hüseynov AZXEBER.COM-a açıqlamasında səfər haqda danışıb.

O deyib ki, bu səfər çox önəmlidir: "Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri gözlənilir və bu səfərdə bir sıra məsələlər müzakirə olunacaq. 

Eyni zamanda Rusiya tərəfi 44 günlük müharibə dövründə də öz vasitəçilik imkanını həm Azərbaycana, həm də Ermənistana təklif etmişdi. Hətta müharibə dövründə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya kritik səfəri də baş tutmuşdur. Eyni zamanda müharibə bitəndən sonra da Rusiyanın sülhməramlıları bölgədə yerləşdirildi. 

Azərbaycanın razılığıyla həmin sülhməramlıların fəaliyyətinin tənzimləsi istiqamətində də ola bilsin ki, rəsmi Bakı ilə danışıqlar həyata keçirilsin. Rusiya və Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq münasibətidir. Siyasi iqtisadi enerji nəqliyyat hümanitar sahələrdə munasibətlər genişlənib və yüksələn xətt üzrə inkişaf edir. 

Azərbaycan ilə Rusiyanı bağlayan tarixi bağlılıqlar eyni zamanda Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq siyasəti çərçivəsində inkişaf etdirilir”.
 
Politoloq qeyd edib ki, Zəngəzur dəhlizi üçün prioritetlər müəyyənləşdirilib: 

"Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində prioritetlər müəyyənləşdirilib. 11 yanvar tarixində Moskvada üçtərəfli bəyanat imzalandı və dörd maddəlik bəyanat həmçinin bölgədə nəqliyyat və kommunikasiya xəttləri açılması istiqamətində olan prioritetləri özündə əks etdirir. 

Bəyanatın ikinci, üçüncü, dördüncü bəndləri birbaşa olaraq yeni formalaşan işçi qrupunun birbaşa fəaliyyətini özündə əks etdirir. Baş nazirlərin müavinləri səviyyəsində mütəmadi olaraq onlayn görüşlər və təmaslar həyata keçirilir.

Azərbaycan tərəfdən bu qrupun tərkibində baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfindən Miger Qriqoryan, Rusiya tərəfindən isə Aleksey Aberçuk bu danışıqlarda iştirak edir. Tərəflərin əsas istəyi bundan ibarətdir ki tez bir zamanda konstruktiv formada Zəngəzur dəhlizi istifadəyə verilsin və bu dəhlizdən tərəflər faydalana bilsin. 

Eyni zamanda burada 3+3 formatında əməkdaşlıq imkanları da dəyərləndirilir. Cənubi Qafqaz Respublikaları Azərbaycan Ermənistan və Gürcüstan eyni zamanda Rusiya, Türkiyə və İranın da bu layihədə iştirakı təqdir olunur və bu sahədə əməkdaşlıq imkanları dəyərləndirilir. 

Rusiyayla Azərbaycan arasında son illər münasibətlər həm də təhlükəsizlik nöqteyi nəzərdən də mühüm əhəmiyyət kəsb edir. Hər iki tərəf bir-birini həm dəçoxtərəfli əməkdaşlıq formatlarında da dəstəkləyirlər. Beynəlxalq təşkilatlar müstəvisində həm Azərbaycan ilə həm də Rusiyayla bağlı bağlı məsələlərdə səsvermələrin nəticəsi olaraq Rusiya Azərbaycana, Azərbaycan isə hər zaman Rusiyaya dəstəkdir. Eyni zamanda Azərbaycan ilə Rusiya arasında üçtərəfli formatda da çox uğurlu əməkdaşlıq formalaşıb. Bu baxımdan da Cənubi Qafqazda böyük güc mərkəzi, böyük iqtisadi mərkəzə sahib olan Bakı ilə rəsmi Kreml arasında münasibətlər böyük maraq doğurur və əməkdaşlıq üçün imkanlar maksimum dərəcədə istifadə olunur”.

Nərmin Məmmədli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
18:14 10.10.2026
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
18:09 10.10.2026
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək
18:03 10.10.2026
Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək
Fatimə: “İlk sevgim, duam odur”
17:54 10.10.2026
Fatimə: “İlk sevgim, duam odur”
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
17:45 10.10.2026
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
17:28 10.10.2026
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
17:12 10.10.2026
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
16:59 10.10.2026
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
16:48 10.10.2026
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
16:36 10.10.2026
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
16:26 10.10.2026
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
16:08 10.10.2026
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
15:58 10.10.2026
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
15:51 10.10.2026
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
15:48 10.10.2026
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
15:43 10.10.2026
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi