Rusiya Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının dərhal azad edilməsini tələb edir.
Bu barədə Xarici İşlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələrində çıxış edərkən bəyan edib.
Diplomat kürsüdən etdiyi çıxışda:
"Bu ilin əvvəlində... ABŞ-nin Venesuelaya müdaxiləsi Prezident Maduro və həyat yoldaşının ələ keçirilməsi, onların məhkəməsiz şəkildə Amerika həbsxanasında saxlanılması ilə nəticələndi", – deyə bildirib.
O vurğulayıb ki, ABŞ-nin hərəkətləri ölkənin ali rəhbərliyinin toxunulmazlığını və immunitetini təmin edən beynəlxalq hüquq normalarını pozur.
XİN rəhbəri Venesuela siyasətçisinin azad edilməsi ilə yanaşı, gələcəkdə bu cür halların təkrarlanmasına yol verilməməsi çağırışını edib.
Xatırladaq ki, 3 yanvar 2026-cı ildə ABŞ Venesueladakı hərbi obyektlərə hava zərbələri endirib və quru əməliyyatı keçirərək Maduro ilə həyat yoldaşı Siliya Floresi həbs edib.
Onlar ABŞ-a aparılıb və orada dövlət başçısı narkoterrorizm, silah saxlama və narkotik qaçaqmalçılığı ittihamları ilə məhkəmə qarşısına çıxarılıb. Maduronun ələ keçirilməsindən sonra ölkəyə vitse-prezident Delsi Rodriqes rəhbərlik edir.











































