Lavrov gələn həftə iranlı həmkarı ilə danışıqlar aparacaq

Lavrov gələn həftə iranlı həmkarı ilə danışıqlar aparacaq
DÜNYA
18:58 23.03.2023
227
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Rusiyaya səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

Onun sözlərinə görə, səfər gələn həftəyə planlaşdırılıb.

"Martın 29-da İran İslam Respublikasının xarici işlər naziri Moskvada işgüzar səfərdə olacaq. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq”, - deyə Zaxarova brifinqdə bildirib.
OXŞAR XƏBƏRLƏR