Lavrov İstanbul görüşündən danışdı: "Ümid edirəm ki..."

Lavrov İstanbul görüşündən danışdı: "Ümid edirəm ki..."
DÜNYA
15:26 29.03.2022
400
"Ümid edirəm ki, İstanbuldakı danışıqlar uğurla nəticələnəcək". 
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov deyib.
 
Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Serbiya mətbuatına müsahibəsində Rusiya və Ukrayna arasında gedən müharibədə atəşkəslə bağlı aparılan danışıqlarla bağlı qiymətləndirmələr edib.
 
Rusiya prezidenti Vladimir Putinin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməkdən imtina etmədiyini qeyd edən Lavrov "Əsas odur ki, keçiriləcək görüş yaxşı hazırlansın. İllər ərzində çoxlu problemlər yığılıb. Ona görə də fikir mübadiləsi aparmaq lazımdır. Siz nə düşünürsünüz, mən nə düşünürəm şəklində olan müzakirələr əks-təsir göstərə bilər”, - deyə bildirib.
 
Lavrov İstanbuldakı danışıqların uğurlu nəticələrinin olacağına ümid etdiyi bildirib: "Rusiya ilə Ukrayna arasında üzbəüz danışıqlar İstanbulda yenidən başlayacaq. Ümid edirik ki, danışıqlar uğurla yekunlaşacaq".
 
Lavrov bildirib ki, Rusiya gələcəkdə Ukrayna ilə danışıqlar üçün Belqrad da daxil olmaqla, digər şəhərləri də nəzərdən keçirməyə hazır olacaq. Danışıqların hər iki nümayəndə heyəti üçün məqbul olması lazım olduğuna diqqət çəkən Lavrov ilk üç raund üzbəüz danışıqların Belarusda keçirildiyini, daha sonra isə üz-üzə görüşlərin texniki olaraq dayandırıldığını xatırladıb. "Mən görürəm ki, hələ də razılaşma şansı var”, - Lavrov deyib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR