Lavrov: Moskva İrəvanla Bakı arasında normallaşmaya kömək etməyə hazırdır

Lavrov: Moskva İrəvanla Bakı arasında normallaşmaya kömək etməyə hazırdır
SİYASƏT
14:03 21.01.2025
235
Rusiya Ermənistanla Azərbaycan arasında bütün istiqamətlərdə münasibətlərin normallaşmasına kömək etməyə hazırdır.

Bunu ölkənin xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlar zamanı deyib.

"Biz 2020-ci və 2022-ci illərdə üç ölkənin rəhbərləri tərəfindən əldə edilmiş üçtərəfli razılaşmaların inkişafı məqsədilə Ermənistan və Azərbaycan arasında bütün sahələrdə münasibətlərin normallaşmasına lazımi dəstək verməyə hazırıq", - nazir bildirib.

Rusiya ilə Ermənistan arasında əməkdaşlığa toxunan Lavrov iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin yüksəlişdə olduğunu deyib.

"Ticarət dövriyyəsi rekord səviyyəyə çatır, keçən il təxminən 12 milyard dollar təşkil edib", - o qeyd edib.
 
///report
OXŞAR XƏBƏRLƏR