Lavrov: “Putin-Zelenski görüşü mümkündür”

Lavrov: “Putin-Zelenski görüşü mümkündür”
DÜNYA
23:05 04.04.2022
336
Rusiya prezidenti Vladimir Putinin ukraynalı həmkarı Volodmir Zelenski ilə görüşü Rusiya-Ukrayna danışıqlarında irəliləyiş əldə edildikdən sonra mümkündür.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ərəb Dövlətləri Liqsının Ukrayna üzrə təmas qrupu ilə danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Rusiya və Ukrayna prezidentlərinin görüşünə gəlincə, bu, nəticə olduqdan sonra mümkündür - bunu prezident Putin də bildirib. Nəticəni möhkəmlətmək üçün belə bir zirvə görüşü təşkil edilə bilər” – deyə lavrov vurğulayıb.
OXŞAR XƏBƏRLƏR