Lavrov Putinin səhhəti ilə bağlı iddialara cavab verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransanın TF1 kanalına müsahibəsində Rusiyanın Ukraynaya müdaxiləsi və Putinin səhhəti ilə bağlı iddialara cavab verib.
Ukraynanın şərqindəki Donbas bölgəsinin azad edilməsinin Rusiya üçün şərtsiz prioritet olduğunu deyən Lavrov bunu Ukrayna ordusunun və batalyonlarının Moskvanın müstəqil dövlət kimi tanıdığı Donetsk və Luqanskdan çıxarılması kimi xarakterizə edib.
Lavrov deyib ki, Rusiyanın hərbi əməliyyatlar apardığı Ukraynanın digər bölgələrində yaşayanlar da gələcəkləri ilə bağlı özləri qərar verməlidirlər.
Rusiya xarici işlər naziri Lavrov Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı iddialara isə belə cavab verib:
"Onu ekranlarda müşahidə edə, ifasdəsini oxuya və görə bilərsiniz. Məncə, məntiqli insanlar əlamətlər görə bilməzlər. Bu adamda xəstəlik və ya zəiflik yoxdur”.
Qeyd edək ki, İngiltərə mətbuatı Rusiya lideri Putinin xərçəng xəstəliyinə tutulduğu iddiasını gündəmə gətirmişdi.
Ayşən