Lavrov: Rusiya Ermənistan və Azərbaycanı tələsik sülh sazişinə sövq etmir

SİYASƏT
17:43 05.11.2024
176
Rusiya tərəfi Ermənistan və Azərbaycanı tələsik sülh sazişi imzalamağa sövq etmir.

Bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov bildirib.

"Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində əldə edilmiş əhəmiyyətli irəliləyişi alqışlayırıq. Qərbin saxta vasitəçilərindən fərqli olaraq, tərəfdaşlarımızı tələsik sülh sazişi imzalamağa sövq etmirik", - S.Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin bərqərar olmasında maraqlıdır.
 
///report

OXŞAR XƏBƏRLƏR