Lavrov Rusiyanın “taxıl sazişi” ilə bağlı şərtini AÇIQLADI

Lavrov Rusiyanın “taxıl sazişi” ilə bağlı şərtini AÇIQLADI
DÜNYA
20:10 25.08.2023
359
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva yalnız Rusiya qarşısında bütün öhdəliklər yerinə yetirildiyi təqdirdə taxıl sazişinə qayıdacaq.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilən 15-ci BRİKS Sammiti çərçivəsində BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, Lavrov Quterreşin taxıl müqaviləsinin yenidən qüvvəyə minməsinin mümkünlüyü ilə bağlı sualına cavab olaraq Rusiyanın mövqeyini bir daha təkrarlayıb.

O bildirib ki, Rusiya tələb etdiyi bütün öhdəliklər yerinə yetirildiyi təqdirdə taxıl sazişinə qayıdacaq.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR