Lavrov Ukraynanı hədələdi

DÜNYA
18:25 18.07.2014
956
“Ukrayna əsgərləri Rusiya ərazisini atəşə tutmağa davam edərsə, layiqli cavabını alacaq”.ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.Onun sözlərinə görə, rəsmi Moskva bu günə qədər Ukrayna tərəfdən Rusiya ərazisinə açılan atəşləri əsgərlərin qeyri-peşəkarlığı nəticəsində və ya təsadüfən baş verdiyini hesab edirdi.“Lakin Ukrayna əsgərlərinin Rusiya ərazisini qəsdən atəşə tutduğu üzə çıxsa, həmin obyekti dərhal məhv edəcəyik”, - deyə Sergey Lavrov bildirib.
OXŞAR XƏBƏRLƏR