"Zelenski bizi anlamağa başlayıb, bu yaxşıdır"
AZXEBER.COM xəbər verir ki, bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov Antalyada keçiridiyi mətbuat konfransında deyib.
Lavrov deyib ki, Ukrayna prezidenti sadəcə kameralara oynayır: "Ukrayna rəhbərləri sadəcə kameraya oynayırlar. Ancaq son açıqlamalarından anlaşılır ki, Zelenski bizi anlamağa başlayıb, bu yaxşıdır. Ümid edirik ki, məsələ tezliklə həll olunar".
Lavrov daha sonra qeyd edib: "Bütün əməliyyatlar plan üzrə gedir. Bizim Qərb həmkarlarımız bütün prinsipləri tapdalayaraq Ukraynaya ölümcül silah göndərirlər”, - o bildirib.
O daha sonra qeyd edib ki, Putin və Zelenskinin görüşü baş tuta bilər, Putin buna qarşı deyil.