Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 23-də Moskvada İran XİN-in başçısı Məhəmməd Cavad Zəriflə görüşəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 19-da keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki vəziyyət də daxil olmaqla beynəlxalq problemlərə dair məsələlər müzakirə olunacaq.
///Report