Lavrovun əlindəki plan - Qarabağla bağlı önəmli gün

Lavrovun əlindəki plan -  Qarabağla bağlı önəmli gün
SİYASƏT
10:34 21.04.2016
3390
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu gün İrəvana səfəri başlayır.
İki günlük səfər Qarabağ münaqişəsinin həlli istiqamətindəki bir sıra qaranlıqlara işıq sala biləcək. Qəzet Lavrovun Ermənistana artıq Bakının tanış olduğu hansısa konkret planla getdiyini güman edir.
Maraqlıdır ki, Rusiya XİN başçısının İrəvan səfəri öncəsi “İzvestiya” qəzeti Kremldəki etibarlı qaynaqlara istinadən yazıb ki, prezident Vladimir Putin şəxsən Qarabağ məsələsi ilə məşğul olmaq qərarı verib. “Rusiya, şəxsən prezident Putin yaxın günlərdə başlayacaq Qarabağ danışıqlarında kompromis əldə olunmasına aktiv şəkildə yardımçı olacaq. Putin Azərbaycan ərazilərinin bir hissəsini qaytarmaq istəyir” - nəşr vurğulamışdı.
“İzvestiya” Azərbaycan ərazilərinin bir qisminin nəyin qarşılığında azad olunması haqda da yazmışdı: “Plan ondan ibarətdir ki, Azərbaycan ərazilərinin bir qismi qaytarılır, münaqişə zonasına sülhməramlı qüvvələr yeridilir, köçkünlər qayıdır və Dağlıq Qarabağ legitimləşir, yəni sərhədlər açılır, iqtisadi əlaqələr bərpa edilir, daha sonra, yəni emosiyalar yatdıqdan sonra regionun mənsubluğu haqda referendum keçirilir”.
“Lavrovun İrəvana məhz belə bir planı aparacağı mümkündür. Bəzi məlumatlara görə, həmin plana ərazilərin bir hissəsinin qaytarılması qarşısında Avrasiya layihələrinə Azərbaycanın qoşulmasına Bakının razılığını almaq da var və “sülhməramlı” dedikdə Moskva elə Rusiya hərbçilərini nəzərdə tutur. Bu üzdən ən çox Bakının Kremlin yeni-köhnə sülh planına hansı reaksiyanı verəcəyi maraq doğurur və həlledici ola bilər”.
///“Yeni Müsavat”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”