"Layihənin Milli Qəhrəman Mübariz İbrahimova həsr olunması çox sevindiricidir"

GƏNCLİK
10:09 28.07.2011
2124

 

Tamaşalar hər zaman gənclərin marağına səbəb olub. Əminəm ki, bu festival da yaxşı mənada diqqəti cəlb edəcək. Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalının keçirilməsi çox sevindiricidir. Layihənin Milli Qəhrəman Mübariz İbrahimova həsr olunması çox sevindiricidir. Mən Mübarizə həsr olunmuş klipdə rol almışdım. Hər zaman vətənlə bağlı olan layihələrə dəstək verməyə hazıram. Əgər Bakıda olsam böyük məmnuniyyətlə bu teatr festivalında da iştirak edərəm” bu sözləri AZXEBER.COM-a eksklüziv açıqlamasında  xalq artisti Amaliya Pənahova deyib.

Qeyd edək ki, Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalına start verilib. Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyevadır. Layihə Gənclər və İdman Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə icra olunur.

Layihədə iştirak etmək istəyən 35 yaşınadək gənclər ssenarilərini və qrup üzvlərinin koordinatlarını [email protected] elektron ünvanına göndərə bilərlər. Ssenarilər hekayə, roman, pyes şəklində ola bilər. Layihənin media tərəfdaşları arasında AZXEBER.COM İnformasiya portalı da var.

OXŞAR XƏBƏRLƏR