‘Lazım gəlsə, öpüşüb barışmalarını istəyərdim’

İDMAN
12:34 07.04.2012
1768

"Melo və Riera ən ağır pul cəzasına layiq görüləcəklər, komandada qalıb-qalmayacaqları isə yaxın günlərdə bəlli olacaq"

AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, "Qalatasaray"ın baş məşqçisi Fateh Terim oyunçuları Milo ve Riera arasındakı davayla bağlı açıqlama verib.

Terim olmuş bir hadisəni gizli saxlamağın lazımsız olduğunu deyib və media mənsublarını hadisə barədə məlumatlandırıb.

Terim oyunçuların məşqdəki davasının soyunma otağında da davam etdiyini, məşqdəki mübahisədə deyil, bunun davamında anormallıq olduğunu bildirib. Baş məşqçi Melonun zərbəsiylə Rieranın qaşının partladığını deyib, amma yerlərdə sürünmə olmadığını vurğulayıb: "Lazım gəlsə, ikisini də buraya gətirər, öpüşüb barışmalarını istəyərdik. Amma doğrusu bu deyil. "Qalatasaray"ın nizam-intizam təlimatı var, ancaq bundan əvvəl öz dəyərləri var. Davranışı düzgün olmayan hər kəsə bu cəzalar veriləcək".

Baş məşqçi iki oyunçunun da müqavilələrinə uyğun olaraq ən ağır pul cəzasına layiq görüləcəyini, sonra isə Manisadakı matça buraxılmayacaqlarını söyləyib. Terim oyunçuların ikisinə də bərabər cəza veriləcəyini, heç birinin məşqlərə buraxılmayacağını deyib.

Terim iki oyunçunun da komandaya qayıdıb-qayıtmamasının yaxın günlərdə konkretləşəcəyini vurğulayıb: "Melonu yaxşı oyunçu olduğu üçün aldıq, "Qalatasaray" tərəfdarlarının da sevdiyi oyunçudur. Tarixində oynamadığı qədər yaxşı oynayır. Amma "Qalatasaray"ın özünə aid dəyərləri var. Əsas məsələ "Qalatasaray"dır. Bu qədər doğru yolla gedərlən əlbəttə xırda-para gözmuncuqları da olacaq. Amma bu hadisənin cəzasız qalması mümkün deyil. Cəzanın necə olacağını da yaxın günlərdə görəcəyik". Baş məşqçi Melo və Rieranın görüş istəklərini qəbul etmədiyini də bildirib.

OXŞAR XƏBƏRLƏR