"Lazım olsa, Arzunun meyidi bir neçə dəfə ekzpertiza ediləcək"

"Lazım olsa, Arzunun meyidi bir neçə dəfə ekzpertiza ediləcək"
SOSİAL
13:57 05.07.2016
1625
"Mənim uşağımın ölümündə ən böyük günahkar həkimdir".
Bunu Sumqayıtda burun-boğaz əməliyyatından sonra dünyasını dəyişən 4 yaşlı Arzu Qurbanlının atası Sənan Qurbanlı deyib.
Ata uşağını əməliyyatdan əvvəl müayinədən keçirdiyini və heç bir problemin olmadığını, elə bu səbəbdən əməliyyata razı olduğunu bildirib. Onun sözlərinə görə, Arzunun həm boğazında, həm də burnunda artıq ət (adenoid) olub. Burnundakı ət uşağın nəfəs almasına böyük problem yaradırdı, ona görə də həkim valideynlərə uşağı dərhal əməliyyat etməyi məsləhət görüb.
"Biz İlham həkimi tanıyırdıq, başqa heç kimi. Tutaq ki, həkim əməliyyatı uğurla edib. Onda heç olmasa desin ki, günahkar narkoz verəndir. Narkozu çox verib. Çünki Arzu əməliyyatdan sonra ayıla bilmirdi".
Atanın sözlərinə görə, əməliyyat saat 13:00-da başa çatsa da, Arzu bircə dəfə saat 16:00-da ayılıb. "Daha sonra uşağın vəziyyəti pisləşməyə başlayıb. Ürək döyüntüləri 180-ə qalxıb. Mən də bununla bağlı həkimə zəng vurdum, o da dedi ki, iş vaxtı bitdiyindən evə gedib. Bir az onunla telefonda mübahisə etdikdən sonra saat 18 radələrində İlham həkim mənə zəng vurdu ki, xəstəxanaya qayıdıb və uşağın yanındadır. Həkim dedi ki, Arzunu oksigen aparatına qoşublar, vəziyyəti normallaşıb".
Sənan Qurbanlı deyir ki, axşam saat 22 radələrində yenə Arzunun halı pisləşib. Uşaq tünd rəngdə qan qaytarıb. Elə bundan sonra da dünyasını dəyişib.
Övladını itirən valideyn bu işin sonunadək gedəcəyini və çətin olsa da uşağı bir neçə dəfə ekspertiza etdirməyə belə razı olacağını deyib. "Heç olmasa, mənim övladımın başına gələnlər başqasının başına gəlməsin".
Arzu Qurbanlı Sumqayıtda özəl klinikalardan birində iyulun ilk günü burun-boğaz əməliyyatı olunub. Burun və boğaz ətinin kəsilməsi ilə bağlı əməliyyatdan sonra 4 yaşlı Arzu Qurbanlı bir neçə saat sonra dünyasını dəyişib.
Sayta açıqlamasında əməliyyatı edən həkim İlham Ağayev bildirib ki, uşağın ölməsinin əməliyyatla heç bir əlaqəsi yoxdur.
O, əməliyyatdan bir neçə saat sonra qaytarıb və onun nəfəs borusuna qida kütləsi gedib, bu da uşağın boğulmasına səbəb olub.
///anspress
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
14:47 26.08.2025
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi