Zimbabvedə qəribə hadisə baş verib.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, öldü sanılaraq tabuta qoyulan zimbabveli gənc hərəkət etdikdə xəstəxanaya aparılıb.
Zimbabvenin Qveru şəhərində yaşayan 34 yaşlı Briqhton Dama Zantha uzun müddətdir müalicə olunduğu xəstəlidən əziyyət çəkirdi. Yaxınları onun ağır xəstəlikdən öldüyünü düşünüb və tabuta qoyublar. Dəfn mərasimində “ölü”-nün müdiri onun ayaqlarının tərpəndiyini görüb. Hər kəsi şoka salan və qorxudan B.D.Zantha onlara “ Tamamilə yaxşıyam. Mənə nə olduğunu bilmirəm. Yəqin mənə ikinci dəfə şans verildi” deyib.